Kurık limanında qaldırıcı və çəkmə körpülərin yenidən qurulub...

30 İyul 2026 18:13 (UTC+04:00)

Qazaxıstanın Kurık limanında qaldırıcı və çəkmə körpülərin yenidən qurulması işləri başa çatdırılıb. Bu avadanlıqlar qatarların paroma yerləşdirilməsi prosesini sürətləndirir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, avadanlıqların modernləşdirilməsinin nəticəsində dəmir yolu qatarlarının paromlara daxil edilərək yerləşdirilməsinə 18 saat deyil 12 saat sərf olunur. Avtomobillərin yerləşdirilməsi zamanı isə 10 saatdan 6 saata endirilib.

İnfrastrukturunun yenilənməsi 1 paroma 40 deyil 48 vaqonun yerləşdirilməsinə imkan verir ki, bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə tranzit yükdaşımanın həcminin artmasına və vaxta qənaətə şərait yaradıb.

Qazaxıstanın Xəzərin sahilindəki Kurık limanı Çindən Qazaxıstana daxil olan tranzit yükləri Azərbaycana yönəldir ki, buradan da Avropaya yola salınır.