Beynəlxalq Dostluq Günü münasibətilə Kəlbəcərdə yaşayan uşaqlar dostluq çağırışı ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yenidən qurulan Kəlbəcərdə oynayan uşaqlar dostluğun bir-birini qorumaq, kömək etmək və çətin anlarda tək qoymamaq olduğunu vurğulayırlar.
Doğma yurda qayıdan Kəlbəcərli balacaların bu çağırışı dostluğun, qarşılıqlı hörmətin və həmrəyliyin dəyərini nümayiş etdirir.