Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə SİA-ya "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.
Bildirilib ki, iyulun 31-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasında "AzərEnerji" ASC-nin Naxçıvan Enerji MMC tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və Xalçaçılıq 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bununla əlaqədar iyulun 31-də saat 01:30-dan 02:00-dək Naxçıvan şəhərinin İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli yaşayış binalarında, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsində, Əliabad qəsəbəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.