Hazırda küləkli hava müşahidə olunur

30 İyul 2026 15:38 (UTC+04:00)

Hazırda Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 30-u saat 15:00-a olan məlumatında qeyd edilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 17, Goranboyda cənub-qərb küləyinin maksimal sürəti 19, Naftalanda isə 18 m/s təşkil edir.