Mərdəkanda dənizdə batan gəncin meyiti tapılıb

30 İyul 2026 14:51 (UTC+04:00)

Bakının Xəzər rayonunda Mərdəkan qəsəbəsində dənizdə batan 17 yaşlı gəncin meyiti tapılıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, N.İsmayılzadə iyulun 28-də Mərdəkanda dənizdə nəzarətsiz ərazidə batmışdı.