Orta Şərqdəki müharibəyə yeni ölkə qoşuldu

30 İyul 2026 14:42 (UTC+04:00)

Səudiyyə Ərəbistanı İrana bağlı qüvvələrə zərbə endirdi. ABŞ-İran qarşıdurmasının fonunda Yaxın Şərqdə gərginlik daha da artır. Səudiyyə Ərəbistanı İraqda İrana yaxın silahlı qruplaşmalara qarşı hava əməliyyatı keçirərək bölgədəki müharibəyə açıq şəkildə daxil olduğunu açıqlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının bu addımı ölkənin neft obyektlərinə edilən hücumlara cavab olaraq qiymətləndirilir. Ər-Riyad bildirib ki, hücumlar cavabsız qalmayacaq və özünümüdafiə hüququndan istifadə edir.

Məlumata görə, Səudiyyə Ərəbistanının İraqdakı hava zərbələri ABŞ-İran müharibəsinin altıncı ayında bölgədə yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Bu addım Körfəz ölkələri ilə İran arasında onsuz da yüksək olan gərginliyi daha da artıra bilər.

Ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanının birbaşa hərbi əməliyyatlara qoşulması münaqişənin regional miqyasının genişlənməsi riskini artırır. İraq ərazisində İrana bağlı qruplara qarşı əməliyyatların davam edib-etməyəcəyi isə yaxın günlərdə aydınlaşacaq.