Nauru Abxaziya və Cənubi Osetiyanı tanımaqdan imtina etdi

30 İyul 2026 12:26 (UTC+04:00)

Sakit okean ölkəsi Nauru kvazi-dövlətlərlə diplomatik münasibətləri dayandırmaq qərarına gəlib. SİA-nın məlumatına görə, Sakit okean Nauru Respublikası Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətləri rəsmi olaraq dayandırıb.

Nauru hökuməti bu qərarı 21 iyulda verib. Gürcüstan Xarici İşlər Nazirliyi bu addımı alqışlayıb və Sakit okean ölkəsi ilə tam diplomatik münasibətlər qurmağa hazır olduğunu bildirib. Nazirlik əlavə edib ki, "Bu qərar bir daha beynəlxalq hüquqa hörmətin sağlam beynəlxalq münasibətlərin təməlidir" .

Nauru, Rusiyanın ardınca, 2009-cu ilin dekabrında Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Sakit okean ölkəsinin qərarından sonra bu bölgələri müstəqil kimi tanıyan dövlətlərin sayı dördə düşüb: Rusiya, Suriya, Nikaraqua və Venesuela.

Abxaziya və Cənubi Osetiya 2008-ci ildə Rusiyanın hücumundan sonra Gürcüstandan qondarma "müstəqillik" elan ediblər. Ölkələrin böyük əksəriyyəti bu əraziləri Gürcüstanın bir hissəsi hesab edir.

Xatırladaq ki, Rusiya tərəfindən işğal edilmiş Abxaziyada Rusiya daxili pasport verən ofislər, Xalq Məclisinin üzvləri də daxil olmaqla, yerli hakimiyyət orqanlarının "fəaliyyətlərinin qanuniliyini şübhə altına aldıqdan" sonra fəaliyyətini dayandıracaq.