Övladlığa götürülmüş uşaq bioloji övladlarla tam eyni miras və əmlak hüquqlarına malikdir.
Bu sözləri SİA-ya vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar:
“Mülki Məcəllənin 1159.1.2-ci maddəsinə görə isə, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar və birinci növbəli vərəsəlik hüququ əldə edirlər. Bu qayda övladlığa götürülmüş uşaqların bioloji övladlarla tam bərabər hüquqlara malik olmasını təmin edir və onlar miras bölüşdürülməsində heç bir fərq qoyulmadan iştirak edirlər”.
Ayşən Vəli