"İran kəşfiyyatının addımı media münasibətlərinə deyil, öz zəifliyinə işarədir" - POLİTOLOQ DANIŞDI

30 İyul 2026 11:46 (UTC+04:00)

"Azərbaycan və İran arasında informasiya və media sahəsində elə isti münasibət olmayıb. İranın bir sıra agentlikləri Azərbaycanda bəzi informasiya agentlikləri ilə məlumat mübadiləsi ilə bağlı anlaşmalar imzalayıblar". Bu fikirləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, Azərbaycan yarandığı müstəqilliyini bərpa etdiyi gündən İran mediasında ölkə, Azərbaycan Respublikası barəsində daim qərəzli fikirlər, qərəzli məlumatlar yayılıb: "Bu, özünü Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə, müharibə dövründə, müharibədən sonrakı dövrdə daha aydın göstərib.

Odur ki, İran mediası ilə bu münasibət, yeni İran kəşfiyyat nazirliyinin yaratdığı bu gərginlik Azərbaycan-İran media-informasiya münasibətlərinə heç bir təsir göstərə bilməyəcək. Əksinə, bu addım ilə Ettelaat İran mediasının və İran kəşfiyyatının ifşa etdi və onların qonşu ölkəyə qarşı qarayaxma kampaniyası apardığını göstərdi. Məlum oldu ki, bir dövlətin kəşfiyyatı, onun təhlükəsizliyinin qayğısına qalan bir qurum, qonşu dövlətin rəsmi informasiya mənbəyinə qarşı qarayaxma kampaniyası aparır.

Bu, həm də İran hakimiyyətinin kəşfiyyat nazirliyinin fəaliyyətinin göstəricisidir, zəifliyidir. Bu addım diplomatik münasibətlərə də ciddi bir təsir göstərməyəcək. Azərbaycan-İran münasibətləri onsuz da gərgindir və bu gərginlik davam edəcək. Növbəti diplomatik görüşlərdə şübhəsiz, Azərbaycan tərəfi bu iradını İran hakimiyyəti nümayəndələrinə çatdıracaqlar.

Azərbaycan tərəfinin bu məsələyə cavabı artıq verilibdir. Media İnkişaf Agentliyi məsələ ilə bağlı açıqlama yayıb və bu, hesab edirəm ki, İran kəşfiyyat nazirliyinin atdığı yanlış və əsassız addıma, davranışa İran hakimiyyəti, İranın kəşfiyyat nazirliyi bu sayaq davranışı ilə ölkə daxilində fəaliyyətini də, fəaliyyətinin səviyyəsini də göstərir.

Belə ölkədə etiraz edənləri, haqlı tələblərlə çıxış edənləri daim təzyiqə məruz qoyub. Çünki haqlı tələb və etirazları həll etmək, bu problemləri aradan qaldırmaqdansa, insanlara şər atmaqla, qara yaxmaqla həbs edib, müxtəlif işgəncələrə məruz qoyublar.

Kəşfiyyat nazirliyi məlum açıqlaması ilə, dəyərləndirməsi ilə xarici məsələlərə münasibətdə də daxildəki davranışını əks etdirə bilir. Nazirlik daim qarayaxma ilə məşğul olub, ölkə daxilində də, xaricində də açıq, şəffaf, doğru-dürüst fikirləri qaralamaqla məşğul olub.

Ona görə bunu artıq Ettelaat nazirliyi ciddi qəbul edilməyə bilər. Digər tərəfdən, ölkə yaxşı bilir ki, İranda hakimiyyət İnqilab Keşikçiləri Qvardiyasının, yeni Sepahın əlindədir. Sepahın Azərbaycan Respublikasına münasibəti də bəllidir. Ona görə Sepah, daha doğrusu, kəşfiyyat nazirliyi bu məsələdə Sepahla əməkdaşlıq edib və etdiyi hiss olunur".