"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-u Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək "Dinamo" (Minsk) – "Neftçi" matçında "ağ-qaralar"ın var gücü ilə oyanacağını deyib. Baş məşqçi bəyan edib ki, meydana çıxıb sonadək vuruşacaqlar. SİTAT: "Neftçi" kollektivi sabahkı (bu günkü) oyunu gözləyir. Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm".