Tailandın paytaxtı Banqkokun Latphrao rayonunda yerləşən barda baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 37-yə yüksəlib. "Thai PBS" telekanalının məlumatına görə, hadisədən sonra xəstəxanalarda həyatını itirənlərin sayı 10-a çatıb. Hazırda 15 nəfərin müalicəsi davam edir. Onlardan 10-u reanimasiya şöbəsindədir.
Yanğın iyulun 12-dən 13-nə keçən gecə Banqkokda yerləşən məşhur Rong Beer Na Lat Phrao əyləncə məkanında baş verib.
Mətləb