Marko Rubio Koşerbayevə niyə zəng edib? - AÇIQLANDI

30 İyul 2026 00:21 (UTC+04:00)

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ABŞ dövlət katibi Marko Rubio ilə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ətrafındakı vəziyyəti müzakirə edib. SİA Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sözügedən məsələ bu gün baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.

Qurumun məlumatına görə, tərəflər genişləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli gündəlikdə yer alan aktual məsələləri, eləcə də Prezident Kasım-Jomart Tokayevin G20 sammitində iştirak etmək üçün ABŞ-yə səfərinə hazırlığın gedişini müzakirə ediblər. Telefon danışığı barədə digər təfərrüatlar açıqlanmır.

Mətləb