ABŞ Prezidenti Donald Tramp Vaşinqton Dalles Beynəlxalq Hava Limanının 22 milyard dollar dəyərində olan modernləşdirilmə planını təqdim etmək niyyətindədir. Bu barədə "Reuters"ə mənbələr bildiriblər. Qeyd olunub ki, bu, Tramp administrasiyasının paytaxt regionunda elan etdiyi növbəti böyük infrastruktur layihəsi olacaq.
Trampın layihəni Ağ Evdə "United Airlines" şirkətinin baş direktoru Skott Kirbi və ABŞ-nin nəqliyyat naziri Şon Daffi ilə birlikdə təqdim edəcəyi gözlənilir.
Plan Vaşinqtonun əsas beynəlxalq hava qapısı olan aeroportun əsaslı şəkildə yenidən qurulmasını, o cümlədən dörd yeni terminalın tikintisini nəzərdə tutur.
Şon Daffi may ayında federal hakimiyyətin sözügedən hava limanının modernləşdirilməsinə 22 milyard dollar sərmayə qoymağı planlaşdırdığını təsdiqləmişdi.
Mətləb