"Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər" təsdiq edilib.
SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Dövlət Neft Şirkətinə qaz təchizatı obyektlərinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada üç ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.
Mətləb