"Həkimlərimizi tanıyın!" rubrikamızda

29 İyul 2026 17:12 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr. Günay Hətəmovanı Sizə təqdim edirik.
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr. Günay ürək-damar xəstəliklərinin erkən diaqnostikası və effektiv müalicəsi istiqamətində uğurla fəaliyyət göstərir. Onun icra etdiyi xidmətlərə EKQ, Holter monitorinqi, exokardioqrafiya, transezofagial exokardioqrafiya, stress exokardioqrafiya, pediatrik exokardioqrafiya, fiziki yük sınağı, ambulator arterial təzyiq monitorizasiyası, koronar angioqrafiya, kardioversiya, ürək çatışmazlığı olan pasiyentlərin müalicəsi və stasionar xəstələrin təqibi daxildir. Dr. Günay Hətəmova haqqında daha ətraflı məlumat: https://customshospital.az/gunay-hatamova/
Peşəkarlığın əsasında dayanan güclü təhsil
Dr. Günay Hətəmova 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmişdir. 2012–2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında kardiologiya ixtisası üzrə rezidentura təhsili alaraq peşəkar bilik və bacarıqlarını inkişaf etdirmişdir. 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında invaziv kardioloq kimi fəaliyyət göstərir.
Daim yenilənən bilik və beynəlxalq təcrübə
Kardiologiya sahəsində yenilikləri daim izləyən Dr. Günay Hətəmova peşəkar biliklərini beynəlxalq və yerli elmi tədbirlərdə mütəmadi olaraq təkmilləşdirir. O, 2016-cı ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkil etdiyi V Milli və I İnvaziv Kardioloqlar Konqresində, 2017-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli Konqresində və Türk Dünyası Kardioloji Birliyinin Bahar Simpoziumunda iştirak etmişdir.
2018-ci ildə Türkiyənin İstanbul şəhərində Eğitim Araşdırma Xəstəxanasında invaziv kardiologiya üzrə ixtisaslaşma kursunu uğurla başa vurmuş, 2019-cu ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresində, 2022-ci ildə isə Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkil etdiyi "Kardiologiya və reabilitasiya: nailiyyətlər və perspektivlər" mövzusunda elmi konfransda iştirak etmişdir.
Dr. Günay Hətəmova həm Azərbaycan Kardiologiya Cəmiyyətinin, həm də Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür. Dr. Günay Hətəmovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.