“Onların əmək haqqı üçüncü məsələdir..?”

29 İyul 2026 19:48 (UTC+04:00)

...Özbəkistandan Belarusa gələn əmək miqrantları məsələsi Aleksandr Lukaşenko tərəfindən 28 iyulda Vitebsk Vilayət İcraiyyə Komitəsinin sədri Aleksandr Roqojniklə görüşdə qaldırılıb.

...Özbəklər də daxil olmaqla. Çünki onlar ilk növbədə sizə gəldilər. Bir şeyi unutmayın: süd və ət birincidir. Kifayət qədər insan yoxdursa, xahiş edirəm onları təmin edin. Onların əmək haqqı üçüncü məsələdir.

SİA-nın əldə etdiyi məlumata görə, Lukaşenko bunu Roqojnikin hesabatını dinlədikdən sonra bildirib.

O, vurğulayıb ki, Özbəkistan tərəfi "məhsul istəyib". "Biz bununla maraqlanırıq. Onlar kənd təsərrüfatına investisiya qoymağa hazırdırlar. Çünki investisiya olmadan necə yaşaya bilərik? Südçülük fermaları və traktorlar olmadan ət və süd əldə edə bilməzsiniz. Biz burada ehtiyac duyduğumuz hər şeyi istehsal etməyə hazırıq. Yalnız Vitebsk vilayətində deyil. Bizə Mogilyov, Qomel və Qrodno vilayətlərində də insanlar lazımdır. Amma məqsədyönlü şəkildə...

Qeyd edək ki, 9 iyulda Özbəkistan Prezidenti Şavkat Merziyoyevlə görüşdə Lukaşenko özbək əmək miqrantlarını ailələri ilə birlikdə Belarusa gəlməyə dəvət edib.

Həmin gün iki tərəf Özbəkistan vətəndaşlarının "Belarusda müvəqqəti əmək fəaliyyəti" üçün "mütəşəkkil işə qəbulu və məşğulluğu" haqqında hökumətlərarası saziş imzalayıb.

13 iyulda Özbəkistanın Əndican vilayətinin bir neçə yüz sakini Belarusa gəlib və Vitebsk vilayətində işlə təmin olunub.

Ertəsi gün Lukaşenkonun mətbuat xidməti həmin ölkədən bölgəyə 5000 işçinin gəldiyini elan edib. 15 iyulda bəzi işçilər sosial mediada həyat şəraitlərindən və əmək haqqından narazılıqlarını bildiriblər.

Əli Babayev