...Müdafiə naziri Mixaylo Fedorovun istefasından sonra Kiyev və digər Ukrayna şəhərlərini bürüyən kütləvi etirazlar, tammiqyaslı müharibənin başlanğıcından bəri ən böyük daxili siyasi böhrana çevrilib.
Bu hadisələr göstərir ki, Ukrayna cəmiyyəti silahlı münaqişələr zamanı belə hökumətə təsir göstərmək qabiliyyətini saxlayır və Kremldə məhz bu, xüsusi narahatlıq doğurur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Atlantic Council yazır.
...Etirazlar Ukrayna Prezidenti Volodimir Zelenskinin 35 yaşlı Fedorovu işdən çıxarmaq qərarından sonra başladı.
Fedorovu bir çoxları Ukrayna dron texnologiyasının inkişafı və müdafiə islahatları ilə əlaqələndirirdi.
Nəşrin məlumatına görə, qərar veteranlar, tələbələr, könüllülər, korrupsiyaya qarşı mübarizə aparan fəallar və bəzi siyasətçilər tərəfindən tənqid dalğasına səbəb oldu.
Müəlliflər yazır ki, “...minlərlə insan dinc, lakin qətiyyətli etirazlar üçün toplaşaraq, səsləri eşidilənə qədər etirazlarını dayandırmayacaqlarını bəyan etdilər”.
İctimai təzyiq altında Zelenski tezliklə general Mixaylo Drapatiyin Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı təyin olunduğunu elan etdi. Bu addım geniş şəkildə etirazçıların tələblərini yerinə yetirmək və hərbi rəhbərliyin çoxdan gözlənilən yenilənməsini həyata keçirmək cəhdi kimi qəbul edildi.
...Baş verənlər Rusiyadakı siyasi vəziyyətlə kəskin ziddiyyət təşkil edir. Putin kütləvi vətəndaş iğtişaşlarını hakimiyyətinə qarşı əsas təhdidlərdən biri kimi qəbul edir. Nəşr bildirir ki, Ukraynadakı son etiraz dalğası Putin və Kreml üçün müharibəni niyə başlatdıqlarını xoşagəlməz bir xatırlatmaya çevrilib.
Rusiya liderinin mövqeyi onun SSRİ-nin dağılması və 2004-cü il Narıncı İnqilabı ilə bağlı təcrübəsi ilə əlaqələndirilir. İddia olunur ki, bundan sonra Kreml Ukraynanı Rusiyanın özü üçün potensial demokratik dəyişikliklər nümunəsi kimi görməyə başlayıb.
Uğurlu demokratik Ukrayna qorxusu Moskvanın qonşusuna qarşı siyasətini formalaşdıran əsas amillərdən biri olaraq qalır.
Əli Babayev