Diplomatik səylər vəziyyəti sabitləşdirməyə kömək etdi...

29 İyul 2026 18:52 (UTC+04:00)

...İran Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumuna cavab olaraq Ukrayna dəniz limanına raket zərbəsi endirməyi düşünsə də, fəal diplomatik səylər indiyə qədər vəziyyəti sabitləşdirib.

SİA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Avropa və İran rəsmilərinin açıqlamalarına istinadən məlumat yayıb.

...Bəzi mənbələr İranın Ukraynaya simvolik jest olaraq kiçik döyüş başlığı olan ballistik raket atmasını, lakin nisbətən az ziyan vurmasını gözlədiklərini bildiriblər. Digər rəsmilər hədəfin Qara dənizdəki Ukrayna limanı olacağını bildiriblər.

Bunu qəzet yazır.

Eyni zamanda, “The New York Times” vurğulayır ki, İranın Ukraynaya hər hansı bir raket zərbəsi münaqişənin kəskin şəkildə artmasına səbəb olacaq və İranın Rusiya ilə müttəfiqliyi ilə bağlı iki ölkə arasında gərginlik nəzərə alınmaqla daha böyük bir müharibənin başlamasına səbəb ola bilər.

Nəşrin mənbələrinə görə, İran rəsmiləri münaqişənin cavab zərbəsi ilə başa çatacağına ümid etdiklərini bildiriblər, lakin Qərb rəsmiləri Ukraynanın reaksiyasını proqnozlaşdırmağın çətin olduğunu xəbərdar ediblər.

İran hökumətinə yaxın analitik Mehdi Rəhməti qeyd edib ki, bəzi İran siyasi xadimləri Ukraynaya qarşı qisas zərbəsi endirməyə çağırsalar da, digərləri təmkinli olmağı məsləhət görüblər.

...Ukrayna kiçik və əhəmiyyətsiz bir ölkə deyil. Onun Amerika və Avropadan döyüş təcrübəsi və logistik dəstəyi var. Bu müharibədə yeni bir cəbhə yaratmaqla qazanacağımız heç nə yoxdur, - deyə o qeyd edib.

“The New York Times” vurğulayır ki, buna baxmayaraq, gərginliyin nə qədər davam edə biləcəyi hələ də məlum deyil.

Əli Babayev