Ceyranbatan–Maştağa magistral su kəmərinin 6-cı kilometrliyində diametri 1200 millimetr olan xəttin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən SİA-ya bildirilib ki, təmir-bərpa işləri fasiləsiz rejimdə aparılıb və hazırda yekunlaşmaq üzrədir.
Qeyd olunub ki, növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara ötürüləcək və daha sonra ərazidaxili paylayıcı şəbəkələrə verilməsi təmin olunacaq.