Azərbaycan Mərkəzi Bankında (AMB) bank sektorunda maliyyə inklüzivliyinin genişləndirilməsi müzakirə edilib.
SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə növbəti görüşdə baş tutub: "Görüşdə cari makroiqtisadi mühit, bank sektorunun 2026-cı ilin ilk yarımili üzrə inkişaf dinamikası, maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və bu sahədə mövcud çağırışları müzakirə etdik. Bank sektorunun strateji hədəfləri, həmçinin sektorun dayanıqlılığının artırılmasına xidmət edəcək tənzimləmə və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi üzrə prioritet istiqamətlər ətrafında geniş fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.