İrəvanda körpünün altında kişi cəsədi tapılıb

29 İyul 2026 13:31 (UTC+04:00)

İrəvanda Kiyevyan körpüsünün altında gənc oğlanın cəsədi tapılıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, cəsədin tapılması barədə məlumat iyulun 29-u səhər saat 6:40-da daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları gəncin cəsədini körpünün altından tapıblar.

Vətəndaşın ölümü ilə bağlı cinayət işi açılıb. Onun şəxsiyyətinin müəyyən edilməsi üçün işlər görülür.

Qeyd edək ki, Kiyevyan körpüsü hazırda əsaslı təmir olunur.