Azərbaycan və Qazaxıstan investisiya və süni intellekt əməkdaşlığını müzakirə edib

29 İyul 2026 13:04 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan arasında investisiya və süni intellekt sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşdə Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivlərini və prioritet inkişaf istiqamətlərini vurğuladıq. Birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlarla işbirliyi imkanları, ticarət, sənaye, süni intellekt və digər sahələrdə tərəfdaşlıq, yaşıl enerji layihələrinin həyata keçirilməsi barədə müzakirələr apardıq",-deyə nazir qeyd edib.