Azərbaycanda süni intellekt ekosisteminin inkişafına töhfəverəcək növbəti mühüm təşəbbüs həyata keçirilir. Ölkədə süniintellekt sahəsində innovativ layihələri, texnoloji həlləri, startapları və yaradıcı təşəbbüsləri üzə çıxarmağı, onlarıninkişafını təşviq etməyi və əldə olunan nailiyyətləri qiymətləndirməyi hədəfləyən “ZƏKA” Milli Süni İntellekt Mükafatı rəsmi olaraq təqdim olunur.
Layihə AmCham Azərbaycan, InnMedia, və SafaroffAgency-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süniİntellekt Strategiyası və 2026–2029-cu illər üçün Rəqəmsalİqtisadiyyatın İnkişafı Strategiyası çərçivəsində müəyyənedilmiş milli prioritetlərə uyğun olaraq təsis edilən “ZƏKA”, dövlət, özəl sektor, startap ekosistemi, akademik mühit vəyaradıcı sənayelər arasında əməkdaşlığı təşviq edən vahidplatforma rolunu oynayacaq.
“ZƏKA” Milli Süni İntellekt Mükafatının əsas məqsədiAzərbaycanda süni intellekt sahəsində formalaşan innovativideya və texnoloji həlləri üzə çıxarmaq, bu istiqamətin inkişafınatöhfə verən şəxslərin, komandaların və təşkilatların fəaliyyətinitanıtmaq, əldə olunan nailiyyətləri qiymətləndirmək və qabaqcıltəşəbbüslərin inkişafını təşviq etməkdir. Dövlət qurumlarını, biznes ictimaiyyətini, startapları, akademik və tədqiqat mühitini, eləcə də investorları vahid platformada bir araya gətirən layihəsektorlararası dialoqun və bilik mübadiləsinin gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və perspektivli təşəbbüslərininkişaf imkanlarının genişləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, “ZƏKA” yerli süni intellekt ekosistemində əldəolunan nailiyyətlərin daha geniş auditoriyaya təqdim olunmasınavə Azərbaycanın bu sahədə formalaşan potensialının beynəlxalqsəviyyədə tanıdılmasına töhfə verməyi hədəfləyir.
Layihə Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsalİnkişaf Agentliyinin (İRİA), Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA), Dördüncü Sənaye İnqilabının Təhlili vəKoordinasiya Mərkəzinin (4SİM) və Milli Süni İntelekt Mərkəzi(MSİM) rəsmi dəstəyi ilə həyata keçirilir.
Mükafat aşağıdakı beş əsas nominasiya üzrə təqdimolunacaq:
Müraciətlərin qəbulu
Müraciətlər 20 avqust – 15 sentyabr 2026 tarixləri ərzindəqəbul olunacaq. Bütün nominasiyalar üzrə iştirak etməkistəyənlər layihənin təsvirini, texniki məlumatları, demo versiyanı və digər dəstəkləyicimaterialları www.aiawards.az internet saytı vasitəsilə onlaynformada təqdim edə bilərlər.
Ətraflı məlumat və müraciət üçün: www.aiawards.az
Sponsorluq və tərəfdaşlıq imkanları iləbağlı [email protected] elektron poçt ünvanı vasitəsiləəlaqə saxlamaq mümkündür.
Müraciətlərin qiymətləndirilməsi yekunlaşdıqdan sonra"ZƏKA" – Milli Süni İntellekt Mükafatının qalibləri 15 oktyabr 2026-cı il tarixində keçiriləcək təntənəli Qala Mərasimində elan ediləcək və mükafatlandırılacaqlar.
Qeyd edək ki, layihənin media tərəfdaşları sırasında TechXəbər.az, AutoLife.az, InfoCity.Tech, Marja.az, Enerji FM, Netant və SMARTBEE yer alır.
“ZƏKA”nın illik əsasda təşkilinin ölkədə süni intellekthəllərinin daha geniş tətbiqinə, innovasiya yönümlüəməkdaşlıqların inkişafına, perspektivli layihələrin tanıdılmasınavə Azərbaycanın regional innovasiya və texnologiya mərkəzikimi mövqeyinin möhkəmləndirilməsinə davamlı töhfəverəcəyinə inanırıq.