Gürcüstanın mədəniyyət naziri istefa verib

29 İyul 2026 11:36 (UTC+04:00)

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə açıqlamasında bildirib.

Qeyd edək ki, Tinatin Ruxadze 2024-cü ilin oktyabr ayından Gürcüstanın mədəniyyət və idman naziri vəzifəsində çalışırdı. 2025-ci ildə Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin tərkibində iki müstəqil qurum - Mədəniyyət Nazirliyi və İdman Nazirliyi yaradıldı. Daha sonra Tinatin Ruxadze mədəniyyət naziri təyin edildi.