Məşhur aparıcı13 yaş kiçik sevgilisi ilə görüntülənib

29 İyul 2026 11:29 (UTC+04:00)

Türkiyənin məşhur model və aparıcısı Çağla Şıkel şəxsi həyatı ilə yenidən gündəmə gəlib. Məşhur sima özündən 13 yaş kiçik sevgilisi Mertcan Tunca ilə ilk dəfə kameralara tuş gəlib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çağla Şıkel və Mertcan Tunca Çeşmədə istirahət edərkən görüntüləniblər. Cütlüyün birlikdə vaxt keçirdiyi, dənizdə jet-sörf etdiyi və səmimi anlar yaşadığı görülüb. Onların romantik görüntüləri sosial mediada böyük maraq doğurub.

47 yaşlı Çağla Şıkel ilə 34 yaşlı Mertcan Tunca arasındakı yaş fərqi diqqət çəkib. Cütlüyün münasibəti xüsusilə də onların ilk dəfə birlikdə görünməsi ilə gündəmə gəlib.

İddialara görə, ikilinin ortaq maraqları, xüsusilə də sörf sevgisi onların yaxınlaşmasına səbəb olub. Tətil zamanı çəkilən fotolarda onların xoş əhval-ruhiyyədə olduğu və birlikdə vaxt keçirdiyi əks olunub.

Çağla Şıkel daha əvvəl də şəxsi həyatı ilə tez-tez Türkiyə maqazin mediasının gündəmində olub. Yeni münasibəti isə pərəstişkarları və sosial media istifadəçiləri tərəfindən geniş müzakirə edilir.