Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir.
SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.