Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

29 İyul 2026 09:42 (UTC+04:00)

Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında növbəti görüşlər baş tutacaq.

SİA-nın məlumatına görə, bu gün Azərbaycanın 4 qadın güləşçisi mübarizəyə start verəcək.

1/8 final

43 kq

Valia Harsan (Rumıniya) - Vəfa Orucova

49 kq

Nəzrin Əhmədli - Madina Bayramova (Almaniya)

Təsnifat mərhələsi

57 kq

Qaratel Quliyeva - Delya Qisler (İsveçrə)

65 kq

Rəna Nuriyeva - Silviya Espinoza Muniz (Meksika)

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.