"Əgər təklifimizi qəbul etməsə..." - İran Omanı HƏDƏLƏDİ

29 İyul 2026 04:06 (UTC+04:00)

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi sərt açıqlama ilə çıxış edib. İran rəsmisi bildirib ki, əgər Oman İranın təklifini qəbul etməsə, Hörmüz boğazı bağlı qalacaq.

O bildirib ki, Omanla Hörmüz boğazında müvəqqəti marşrut barədə müzakirə aparılması təklif edilib və əgər razılaşma əldə olunarsa, bu, boğazdakı şimal və cənub marşrutunu əvəz edəcək.

Qəribabadinin sözlərinə görə, Oman boğaza nəzarətin yarı-yarıya təşkil olunmaısnı təklif edib, lakin İran bunu qəbul etməyib.

Mətləb