Emin Ağalarov "Sea Breeze"də cərimə tətbiq edib

29 İyul 2026 03:05 (UTC+04:00)

Tanınmış iş adamı və müğənni Emin Ağalarov Xəzər dənizi sahilindəki kurort şəhərciyi “Sea Breeze”də cərimələr tətbiq edib.

SİA xəbər verir ki, bu barədə E.Ağalarov İnstaqram hesabında məlumat verib.

O qeyd edib ki, bəzi valideynlər məsuliyyətsizliyə yol verərək qolf meydançasında uşaqların qolf avtomobilləri sürməsinə icazə verirlər. Nəticədə onların həyatı üçün təhlükəli vəziyyət yaranır. SİTAT: “Bu cür valideynlər cərimələnəcək və onların qolf avtomobilləri əllərindən alınacaq”.

Mətləb