Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

29 İyul 2026 02:21 (UTC+04:00)

Azərbaycanda ağır xəstəliklərin müalicəsində istifadə olunan hüceyrə terapiyası mərkəzi yaradılır.

Bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, layihə çinli mütəxəssislərlə birgə həyata keçirilir və hazırda mərkəzin qurulması istiqamətində işlər aparılır.

SİTAT: “İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Xaricdə təhsil alıb ölkəyə qayıdan və hüceyrə terapiyası sahəsində elmi dərəcəyə malik həkimlərimiz var. Lazımi infrastruktur qurulduqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəliklərdən əziyyət çəkən insanlar üçün yeni ümid yaranacaq. Düşünürəm ki, bu sahədə regional ilkə də imza atacağıq”, – deyə nazir qeyd edib.

Mətləb