“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, bölgə təmsilçisi Brunu Silva ilə 1+1 il müddətinə müqavilə bağlayıb.
Portuqaliyalı vinger son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib.
28 yaşlı futbolçu daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi komandaların da şərəfini qoruyub.