...Rus oliqarxı Oleq Deripaska, Ukraynanın Wildberries-ə hücumlarının ciddi nəticələrindən danışıb. O, ən böyük pərakəndə satış şəbəkəsinin mümkün iflasının bütün Rusiya maliyyə sistemi üçün ciddi problemlər yarada biləcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dialog.UA xəbər verir.
…Deyilənə görə, bir banka milyon borclusansa, bu sənin problemindir. Amma bir milyard borclusansa, bu, bankın problemidir. Və Wildberries bir milyard yox, milyardlarla borcludur, - deyə Deripaska şirkətin borc risklərinin miqyasına işarə edərək bildirib.
Onun sözlərinə görə, Rusiyanın ən böyük bazarını əhatə edən vəziyyət təkcə biznes üçün deyil, həm də böyük şirkətlərə kredit verməklə əlaqəli bank sektoru üçün nəticələrə səbəb ola bilər.
Wildberries əvvəllər anbarlarına edilən bir sıra hücumlardan sonra ciddi itkilərə məruz qalıb. Yanğınlar çoxlu sayda malları məhv edib və minlərlə satıcı ciddi ziyan görüb.
Rusiya maliyyə sektorunda artan narahatlıq fonunda Rusiyanın ən böyük bankı olan VTB-də nağd pul çıxarılması ilə bağlı problemlər barədə məlumatlar ortaya çıxıb. Müştərilər bankomatlardan və filiallardan nağd pul çıxara bilmədiklərini bildirsələr də, bank işçiləri vəziyyəti müvəqqəti texniki nasazlıqlarla əlaqələndiriblər.
Əli Babayev