Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb

28 İyul 2026 14:16 (UTC+04:00)

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov geri çağırılıb.

SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Əlimirzamin Əskərov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi.