Abdulrəhman Hüseynli Bakıda təşkil olunan dünya çempionatına qələbə ilə start verib

28 İyul 2026 12:39 (UTC+04:00)

Azərbaycanın yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə start verib.

SİA-nın məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolu 9:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.