Küləkli hava günorta saatlarından etibarən tədricən mülayimləşəcək

28 İyul 2026 10:11 (UTC+04:00)

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.