Bakıda dünəndən başlayan güclü külək nəticəsində 48 ağac aşıb

28 İyul 2026 10:03 (UTC+04:00)

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.

Bu barədə SİA-ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, budaqların budanmasını təmin ediblər.