Bu ölkə Ukraynaya REM texnologiyaları verəcək - Zelenskidən PAYLAŞIM

27 İyul 2026 23:05 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfəri çərçivəsində Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə ilk görüşünü keçirib. Ukrayna lideri öz teleqram kanalında bəyan edib ki, əsasən dronların və digər texnologiyaların istehsalı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıb. Tərəflər əməkdaşlığı artırmaq barədə razılığa gəliblər.

"Müdafiəmizi müzakirə etdik. Biz birgə müdafiə istehsalının inkişafından danışdıq", – o, görüşün yekunlarına əsasən yazıb.

Mətləb