Bu gün Bakıda güclü külək nəticəsində xəsarət alanların sayı açıqlandı

27 İyul 2026 23:19 (UTC+04:00)

Bakıda güclü külək nəticəsində dörd nəfər (2 kişi, 2 qadın) xəsarət alıb. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Onlardan ikisi (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir kişinin müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Bir qadına isə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. İki nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, instituta gətirilən şəxslər güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalıbmış. Onlardan birinə sol pəncənin 3-cü barmağın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara 1 cili işlənib və aseptic sarğı qoyulub.

Həmçinin qeyd olunub ki, küləkli hava ilə bağlı baş vermiş hadisə nəticəsində 10.07.2021-ci il təvəllüdlü uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Aparılan müayinələr nəticəsində pasiyentə sağ əlin ikinci barmağının əzilmiş cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə rentgen müayinısi edilib, azeptik sarğı və qips langet qoyulub. Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Mətləb