Braziliya Argentinadakı səfirini geri çağırdı

27 İyul 2026 13:33 (UTC+04:00)

Braziliya Xarici İşlər Nazirliyi Argentinadakı səfirini geri çağırdı. Associated Press-in məlumatına görə, bu qərar Argentina prezidentinin Braziliyaya səfəri zamanı etdiyi çıxışdan sonra verilib. Çıxışda Xavyer Miley Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı oğru və cinayətkar, Ali Məhkəmənin baş hakimini isə zibil adlandırıb.

Cənab Miley Braziliyada prezidentliyə namizəd kimi Liberal Partiya tərəfindən irəli sürülən senator Flavio Bolsonaroya dəstək mitinqində təhqiramiz ifadələr işlədib. Argentina lideri həmçinin bildirib ki, yalnız Flavio Bolsonaronun "Lulanı dayandıra" biləcəyini də bildirib.

Braziliya baş hakimi Edson Façinə ünvanlanan təhqirlər məhkəmənin cənab Miley-in həbsdə olan Flavio-nun atası Jair Bolsonaroya baş çəkməsini qadağan etməsindən sonra səslənib.

Argentinanın keçmiş prezidenti Alberto Fernandes də Xavyer Miley-in hərəkətlərini tənqid edib. "Miley Braziliyaya dəli kimi qışqıraraq getdi... Qardaş millətin prezidentini və əsas ticarət tərəfdaşımızı təhqir etmək sadəcə bağışlanmazdır."