Bakıda güclü külək 7 ağacı aşırıb

27 İyul 2026 11:22 (UTC+04:00)

Dünəndən əsən güclü külək nəticəsində Bakı şəhərində 7 ağac aşıb, 22 budaq sınıb.

Bu barədə SİA-ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Məlumata görə, birliyin briqadaları qədər operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.