Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

27 İyul 2026 09:16 (UTC+04:00)

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək.

Bu barədə SİA-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 27-də saat 08:00-dan işlər yekunlaşanadək, Pirallahı qəsəbəsinin bir hissəsinin, saat 10:00-dan işlər tamamlanana qədər isə Xəzər rayonunun Qala qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.