Rusiyanın raketlə vurduğu Türkiyə gəmisi Odessada batıb

27 İyul 2026 03:32 (UTC+04:00)

Məlum olduğu kimi, bir həftə əvvəl Odessa sahillərində Türkiyəyə məxsus "GOLDEN LEO" yük gəmisi Rusiyanın raket zərbəsi nəticəsində zədələnmişdi. Türkiyə mətbuatının yazdığına görə artıq həmin gəmi batıb.

Məlumata görə, gəminin göyərtəsində hələ də qarğıdalı yükü qalır. Gəminin batdığı ərazidə dənizin dərinliyi 22-24 metr təşkil edir.

Mətləb