Braziliya Xarici İşlər Nazirliyi Argentina Prezidenti Xavyer Mileyin Prezident Luiz İnasio Lula da Silvaya ünvanladığı təhqiramiz ifadələrdən sonra bu ölkədəki səfiri Julio Bitellini məsləhətləşmələr üçün geri çağırıb. "CNN Brasil"in məlumatında deyilir ki, səfir yaxın vaxtlarda Braziliyanın paytaxtına gələcək. Onun xarici işlər naziri Mauro Vieyra ilə görüşü artıq planlaşdırılıb. Bitellinin Buenos-Ayresə nə vaxt qayıdacağı isə hələlik açıqlanmayıb.
Mətləb