Ağstafada ölümlə nəticələnən yol qəzası olub

26 İyul 2026 22:19 (UTC+04:00)

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə zamanı xəsarət alan 2 nəfər xəstəxanaya aparılıblar. Onlardan 1-i ölüb, digərinin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Mətləb