Bakıda və Abşeron yarımadasında havanın temperaturu 3-4 dərəcə enəcək

26 İyul 2026 19:42 (UTC+04:00)

Növbəti həftə ərzində Bakıda və Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü fonunda havanın temperaturunun 3-4 dərəcə enəcəyi gözlənilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin müddətdə maksimal temperaturun 32-35 dərəcə isti olacağı proqnozlaşdırılır.