Gürcüstanda avtobus aşıb, 14 nəfər xəsarət alıb

26 İyul 2026 18:23 (UTC+04:00)

Gürcüstanın Kutaisi-Zestafoni yolunda sərnişin avtobusu yoldan çıxaraq aşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma başlayıb.