Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazanıb

26 İyul 2026 18:14 (UTC+04:00)

Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, milli komandanın üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb. Tatyana Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.

Xatırladaq ki, bu, Tatyana Smilovenkonun Azərbaycan milli komandası adından qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş U-23 Avropa çempionatında 3-cü yeri tutub.