...Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapatiy Ukrayna Silahlı Qüvvələrində auditin başlandığını elan edib.
SİA xəbər verir ki, bu barədə sosial media hesabında verdiyi açıqlamada bildirilib.
Onun sözlərinə görə, auditin məqsədi "günahkarları axtarmaq deyil, hər bir hərbi hissədəki real vəziyyəti dürüst qiymətləndirməkdir".
Baş Komandan qeyd edib ki, "Biz döyüş hazırlığı, dəstək, heyət, şəxsi heyətin təlimi və komandanlığın effektivliyi səviyyəsi barədə həqiqəti bilməliyik".
Drapatiy vurğulayıb ki, "toxunulmazlar" olmayacaq və "pozuntular, səhlənkarlıq və ya səlahiyyətdən sui-istifadə halları aşkar edilərsə, hər kəs məsuliyyət daşıyacaq".
Əli Babayev