"Neftçi"nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:10 (UTC+04:00)

Qadın futbolçulardan ibarət "Neftçi" klubu bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq.

SİA xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcəklər.

Yarımfinalda Monteneqronun "Buduçnost" kollektivini üstələyən "Neftçi" ilə "Hapoel"ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi II təsnifat mərhələsinə yüksələcək.

25 iyul

19:30. PAOK – (Yunanıstan) - "Neftçi" (Azərbaycan)

Baş hakim: Oksana Kruk (Moldova)

Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra)

Dördüncü hakim: Marta San Xuan (Andorra)

Veria Munisipal Stadionu