Bakıdakı güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər açıqlanıb

25 İyul 2026 11:10 (UTC+04:00)

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasından SİA-ya verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar.

Ümumilikdə dünya çempionatında 68 hakim görüşləri idarə edəcək.